Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, hazırlığın altıncı günündə komanda bir məşqlə kifayətlənib.
Günün tək məşqi yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) başlayıb. İki saat davam edən məşqdə toplu və taktiki çalışmalara üstünlük verilib. "Qarabağ" hazırlıqda tam heyətlə iştirak edib.
Komandanın sabah üçün iki məşqi nəzərdə tutulub.