İspaniya milli komandasının baş məşqçisi Visente del Boske istefa verib. Sportnet.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis İspaniyanın RNE radiosunun efirində açıqlama verib.
"Mənim İspaniya yığmasının baş məşqçisi postunda qalmaq niyyətim yoxdur. Lakin siz məni düzgün başa düşməlisiniz – qərar Avropa çempionatındakı nəticədən irəli gəlməyib, mənim öz gələcəyimlə bağlı heç bir şübhəm olmayıb", - deyə Del Boske bildirib.
İspaniyanın "As" nəşri yazıb ki, İspaniya Futbol Federasiyası məşqçilik karyerasını bitirməyə hazırlaşan 65 yaşlı mütəxəssisin istefasını artıq qəbul edib.
Qeyd edək ki, İspaniya yığması Del Boskenin rəhbərliyi altında Fransada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliya millisinə 2:0 hesabı ilə məğlub olub.