Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Baltsan” oyununa hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, görüşün baş hakimi ukraynalı Yaroslav Kozik olacaq.
Ona həmyerliləri – Yevgeni Xalamendik və Viktor Matyaş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikola Balakin yerinə yetirəcək. UEFA nümayəndəsi Oljas Abrayev (Qazaxıstan), hakim-inspektor isə Levan Paniaşvili (Gürcüstan) olacaq.
Qeyd edək ki, iyulun 7-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Baltsan” oyunu saat 20:00-da başlanacaq.