
"Zenit" azərbaycanlı futbolçu Ramil Şeydayevlə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, Rusiyanın 21 yaşlılardan ibarət yığmasının hücumçusu klubu müqaviləsi bitərək tərk edib.
Bu haqda Sankt-Peterburq təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, klub vidalaşdığı 3 futbolçu, o cümlədən Şeydayevə onun heyətində keçirdiyi dövrə görə minnətdarlıq edib, uğurlar və yeni qələbələr arzulayır.
"Zenit" Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi olan Ramil daha çox əvəzedici heyətdə oynayıb. O, əsas komandada 2014-cü ildə "Mordoviya" ilə matçda debüt edib bə ümumilikdə 5 matç keçirib. "Zenit" bir müddət Şeydayevi "Rubin"ə icarəyə vermişdi.