Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 2026-cı il dünya çempionatına yollanacaq.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 41 yaşlı hücumçusu ABŞ, Kanada və Meksikada keçiriləcək mundial üçün yığmanın yekun heyətinə daxil edilib.
Bu, Ronaldunun karyerasında altıncı dünya çempionatı olacaq. Portuqaliyalı futbolçu ilk dəfə 2006-cı ildə Almaniyada təşkil olunmuş mundialda iştirak edib.
Təcrübəli hücumçu hazırda milli komandalar tarixinin ən məhsuldar futbolçusudur. O, Portuqaliya millisinin heyətində keçirdiyi 226 oyunda 143 qol vurub.
Portuqaliya millisi dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.







































































