1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Baltsan"ın baş məşqçisi: "Neftçi" ilə cavab matçında geri dönüş edəcəyik"
"Qonaqpərvərliyə görə "Neftçi"yə təşəkkür edirik. Bakıda bizə yaradılan şəraitdən razıyıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri bu gün keçirilən mətbuat konfransında deyib. "Neftçi" ilə Avropa Liqasının I təsnifat mərhələsində sabahkı cavab oyunu haqda fikirlərini bölüşən mütəxəssis çox çətin matç olacağını bildirib: "İlk oyun da çətin keçdi. Amma bu dəfə geri dönüş edəcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. "Baltsan" avrokuboklarda hələ çox kiçik komandadır. Yeriməyi öyrənməliyik ki, qaçmağı bacaraq".
Spiteri "Neftçi"də Araz Abdullayev, Rəhman Hacıyev və Ruslan Qurbanovu bəyəndiyini bildirib: "Birinci adını çəkdiyim futbolçu yüksək səviyyədədir. "Neftçi"nin güclü hücum xətti var. Bizim Komanda isə gəncdir. Ötən illə müqayisədə dəyişiklik olub. "Neftçi"dən gözlədiyim oyunu gördüm. Bakı gözəl şəhərdir. Avropa Oyunları, "Eurovision" mahnı yarışması burada keçirilib. Siyasi münasibətlərimiz də yaxşıdır. İnanıram ki, Bakı gələcəkdə daha gözəl olacaq".