1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Jayro Rodriges: "İlk qələbə bizdə arxayınçılıq yaratmamışdı" - MÜSAHİBƏ
"Neftçi"nin braziliyalı futbolçusu Jayro Rodriges Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu ilə oyundan brifinq keçirib. Komandasının oyunda yeganə qolunun müəllifi olan müdafiəçi Sportnet.az saytının əməkdaşının da sualını cavablandırıb.
- Oyunun belə keçəcəyini gözləyirdinizmi?
- Çətin matç olacağını bilirdik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. İlk hissəni daha yaxşı keçirdik. Amma fasilədən sonra müəyyən problemlər yarandı. Buna baxmayaraq, mərhələ adlamaq üçün lazımi nəticəni əldə edə bildik.
- "Neftçi”nin gücü elə bu qədərdi?
- Hansı komanda ilə oynayacağımızdan asılı olmayaraq, yaxşı nəticə qazanmağa çalışırıq. Oyunumuzu davam etdirəcəyik. Mərhələ keçmək üçün lazım olanı etdik. Rəqibi də kiçiltmək olmaz. Malta təmsilçisi meydanda yaxşı mübarizə apardı. Hər halda, sonda duel bizim qələbəmizlə yekunlaşdı.
- Amma oyununuzla azarkeşləri məyus etdiniz. Bəlkə qələbə qazanacağınıza arxayın idiniz?
- Vacib olan mərhələni adlamaq idi ki, bunu da bacardıq. Növbəti oyunda bizi nəyin gözlədiyini bilmirik. İlk qələbə bizdə arxayınçılıq yaratmamışdı.
- Həm səfərdəki, həm də burdakı oyunun ikinci hissəsində üstünlüyü tamamilə rəqibə verdiniz. Nədəsə problem var?
- Ola bilər, müəyyən qədər yorğunluq olsun. Ancaq bu, əsas deyil. Əsas nəticədir ki, biz də ikinci mərhələyə yüksəldik.
- Bəs oyun planındakı çatışmazlıqlar sizi narahat etmir?
- Bu matç başa çatdı. Hər kəsin öz fikri var. Mənim fikrimi bilmək istəyirsinizsə, pis oynamadıq və mərhələ adladıq.
- Növbəti oynda daha gücü rəqiblə qarşılaşacaqsınız. Bu oyunla onlara qalib gələ biləcəksiniz?
- Hər oyunun öz gedişatı var. Bu gün belə oynadıq. Ancaq bu, o demək deyil ki, sabah da belə oynayacağıq. Hər matçda fərqli oynamağa, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.