"Neftçi"nin avrokuboklarda "Bakcell Arena"da qələbəsizlik sindromu davam edir. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" 2013-cü ildən çıxış etdikləri bu stadionda hələ də qalib gələ bilməyiblər.
Komanda bu 3 ildə "Bakcell Arena"da 5 oyun keçirib. Bu, Çempionlar Liqasında Albaniya "Skenderbeu"su, Avropa Liqasında Gürcüstan "Çixura"sı ilə qolsuz, Çernoqoriya "Mladost"u 1:1 hesablı heç-heçə, həmin turnirdə "Koper"ə (Sloveniya) və "Baltsan"a (Malta) 1:2 hesablı məğlubiyyətdir.
"Neftçi" avrokuboklarda evdə sonuncu qələbəsini 2012-ci iyulun 17-də Mədəkanda "Dalğa Arena"da qazanıb. Bu, Çempionlar Liqasının II təsnuifat mərhələsində Gürcüstan "Zestafoni"sini 3:0 hesabı ilə məğlub etdiyi ilk matçdır. Görnüdüyü kimi, son ev qələbəsindən artıq 4 il keçib.
"Bakcell Arena" "Neftçi"nin hazırkı baş məşqçisi Vəi Qasımov üçün də "kabusa çevrilib". Çünki bu mütəxəssis həmin stadionda ötən çempionatda qələbə qazana bilməyib. Yeganə qələbə (2:0) debütündə ölkə kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" üzərində olsa da, bunun davamı gəlməyib.
Xatırladaq ki, "Bakcell Arena"da avrokuboklarda digər klubumuz "Qəbələ" də oynayır. Roman Qriqorçkun komandasının bu stadionda Avropa Liqasında 3 qələbəsi var. Bunlar ötən mövsüm Serbiya "Çukariçki"sini 2:0, Kipl APOEL-ini 1:0 və cari mövsümdə Gürcüstan "Samtredia"snı 5:1 hesabı ilə məğlub etdiyi matçlardır.