1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" həmyaşıdı olan "Baltsan"ın tarixinə düşdü
"Neftçi" Avropa Liqasında mübarizəədn kənarlaşdırdığı Maltanın "Baltsan" klubunun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, rəqib avrokuboklarda ilk qolunu, ilk qələbəsini "ağ-qaralar"da matçda reallaşdırıb.
Bu, maltalıların "Bakcell Arena"da 2:1 hesabı ilə qalib gəldikləri cavab matçında olub. Tarixi qollarla tarixi qələbəni qazandıran futbolçu Lidon Mikalllef olub. Özü də hücumammeylli yarımmüdafiəçi fasilədən dərhal sonra meydana çıxıb və 16 dəqiqəyə (51, 67-ci dəqiqələr) dubl edib. Üstəlik, "Baltsan" hesabı bərabərləşdirəndən sonra penaltidn istifadə edə bilməyib.
Maraqlıdır ki, "Baltsan" da "Neftçi" 1937-ci ildən yaradılıb və hər ikisinin 79 yaşı var. Ancaq bu klub öz Premyer Liqasında yalnız 2013-cü ildən çıxış edir. "Neftçi" isə məlum olduğu kimi, 1992-ci ildən keçirilən bütün milli çempionatlarınızın iştirakçısıdır.
Xatrladaq ki, "Baltsan" avrokuboklarda ötən mövsüm Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə matçlarda debüt edib. Həmin Avropa Liqası oyunlarında evdə 0:2, səfərdə 0:1 hesablı məğlubiyyət olub. Maltalılar 3-cü görüşündə evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzub.