Türkiyə mətbuat "Kəpəz"lə bağlı yol verdiyi yanlışlığı aradan qaldırmağa başlayıb. Sportnet.az-ın məlumatına görə, "Kəpəz"i Ermənistan klubu kimi qələmə verilən saytlarda artıq düzəlişlər edilib.
Belə ki, "Kəpəz"in mətbuat xidmətinin əməkdaşları klubumuzu erməni təmsilçisi kimi qələmə verən media orqanları ilə əlaqə saxlayıb. Media orqanlarından bildirilib ki, texniki səhvə yol verilib və bu, dərhal düzəldilib. Bu, "Lig TV"yə də aiddir.
Qeyd edək ki, idman kanalı "Lig TV" "Kəpəz"i Ermənistan klubu kimi təqdim edib. Televiziyanın rəsmi saytında Avropa Liqasının II təsnifat mərhələsinin cütləri qeyd olunub. Həmin siyahıda da "Kəpəz" Azərbaycan klubu deyil, Ermənistan klubu kimi təqdim olunub.