"Hamı sabahkı oyunun mahiyyətini başa düşür. Sabah qələbə qazanmaq komandadakı özünəinamı daha da artıracaq. Çalışacağıq ki, komanda şəklinbdə oynayaq və qələbə qazanaq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov deyib.
A.Abdullayev Avropa Liqasının II təsnifat mərhələsinin Makedoniyanın "Şkendiya" komandası ilə keçiriləcək ilk oyun haqda bunları bildirib: "Baltsan"la oyunun ilk hissəsində yaxşı oynadıq, amma ikinci hissədə oyunu əldən verdik. Sabahkı oyunda bu səhvləri təkrarlamamağa çalışacağıq. İkinci mərhələni adlamaq istəyirik. Düşünürəm ki, bu heyətlə mərhələ keçmək olar. Komanda bunu istəməlidir. Bunun üçün də meydana çıxanda can qoymaq lazımdır. Həm azarkeşləri, klubu, həm də özünü fikirləşməlisən. Erik Ramos, Nikolas Kanales komandadan getdi. Ancaq onların yerinə gələnlər də yaxşı oynayırlar. Topla düzgün rəftar edirlər. Düşünmürəm ki, yerləri o qədər də görünür. Rəqibin oyununu izləmişik. Bu komandanı udmaq olmaz deyə bir şey yoxdur. Yaxşı hazırlıq sayəsində istənilən nəticəni qazanmaq olar. Oyunumuzu meydanda göstərə bilərik.