Türkiyə "Trabzonspor"una keçən azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, 20 yaşlı hücumçu həm "Zenit"dən gedişi, həm də Azərbaycan vətəndaşlığını qəbul etmə qərarı haqda danışıb.
- "Zenit"lə müqaviləni uzadıb yenə icarəyə yollanmağı nəzərdən keçirmədiniz?
- Belə bir variant vardı. Ancaq açığı, yenidən icarədə oynamağı istəmirdim. Yenu klubumla tam əsasda müqavilə imzalamaq istəyirdim.
- Sankt-Peterburqda qala bələrdiniz?
- "Zenit" mənə yaxşı müqavilə təklif edirdi. Klubla müqaviləni yayda uzada bilərdim. Ancaq başa düşürdüm ki, əsas heyətdə çətin oynayam. Daha çox buna görə komandanı tərk etdim. Bu qərar çətin alındı. Ancaq futbolçunun həyatı belədir. Gərək öyrəşəsən.
- "Spartak"a keçmək variantınız vardı?
- Açığı, bu variant olsa da, onu heç nəzərdən keçirmirdim. Məqsədim vardı - məhz xaricə getmək, əcnəbi kluba keçmək. Bu, mənim üçün prinsipial idi. Agentim mənə dedi ki, "Spartak"dan təkif var. Ancaq təkrar edirəm ki, digər Rusiya klublarına yollanmaq istəmirdim. Bir də ki "Spartak" hər halda, "Zenit"in prinsipial rəqibi idi. Ona görə bu amil də vəziyətə təsir göstərdi.
- Yeni baş məşqçiniz haqda nə deyə bilərsiniz?
- Onunla hələ ünsiyyət qurmamışam. Məşqlərə əsasən deyə bilərəm ki, nizam-intizama böyük diqqət ayırır.
- Ciddidir?
- Şəndir, ancaq məsələ işə gələndə, sərt olur. Onun "Zenit-2"də baş məşqçi olan Vladislav Radimovla hardasa ümumi cəhəti var.
- Güclü futbolçu olandan sonra perspektivdə Sankt-Peterburqa qayıtmaq istərdin?
- Əslində, Avropaya getmək, özümü "Top-5"dən birində yoxlamaq istərdim. Hərçənd, "Zenit" istisna deyil. Bu, doğma komandamdır, doğma şəhərimdir ki, onun üçün darıxacağam. Buna görə də hər şey mümkündür.
- Doğrudur ki, Rusiya vətəndaşlığını Azərbaycana dəyişmək istəyirsiniz?
- Əslində, bu suala hələ cavab verə bilmərəm. Yəqin ki, yaxın vaxtlarda bu, həll olunacaq. Ancaq bilmirəm ki, bu informasiya internetdə haradan çıxıb.