1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Admira"nın zəif cəhətlərini tapmaq olduqca çətindir"
"Ötən hər gün "Kəpəz”in xeyrinədir. Çünki komandaya yeni qoşulan futbolçuların oyun sisteminə uyğunlaşması və xətlərarası anlaşmanın yüksək səviyyədə olması üçün vaxta ehtiyac var". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında bildirib. UEFA Avropa Liqasının II mərhələsinin ilk oyununda bu gün Avstriyada "Admira” ilə üz-üzə gələcək Gəncə klubunun çalışdırıcısı matçla bağlı fikirlərini bölüşüb.
Diniyev bildirib ki, "Daçiya” ilə oyunlardan sonra komandada irəliləyiş var: "Amma deməzdim ki, hər şey ideal vəziyyətdədir. Çatışmayan cəhətlərimiz çoxdur, sabah meydanda bunları minimuma endirməyə çalışacağıq. Qarşımızda ciddi rəqib dayanıb, oyunlarını izləmişəm. Sürətli və atletik futbola üstünlük verirlər. Yaxşı futbolçuları var. Hücumda və müdafiədə tez bir zamanda çoxalmağı bacarırlar. Onların mənfi cəhətlərini tapmaq olduqca çətindir".
50 yaşlı mütəxəssis komandasının ümumi durumunun yaxşı olduğunu bildirib. Zədəlilərin olmamamsı Diniyevi sevindirən əsas amillərdəndir: "Necə oynacağımızı açıqlamaq istəmirəm. Biz kompakt şəkildə mübarizə aparmağa çalışacağıq. Rəqibə boş zona verməməliyik. Bunun sayəsində nəyəsə nail olmaq olar. Əsas heyəti müəyyənləşdirmişəm. Qalib heyəti dəyişməyə ehtiyac görmürəm. "Kəpəz” Azərbaycanı layiqincə təmsil etmək üçün meydana çıxacaq. Uğurlu nəticə olarsa, daha yaxşı olar. Yenə deyirəm, rəqib hər cəhətdən bizdən çox üstündür. Amma futbolda ustalıq və üstünlük həmişə rol oynamır, motivasiya və aqressiya da əsas amillərdəndir. "Kəpəz” Avropa Liqasında bu mövsüm üçün yaxşı nəticə göstərib, bunu unutmamaq lazımdır”.