1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubları üçün 15.000
Azərbaycan UEFA-nın reytinq xalını daha da artırıb. Sportnet.az-ın məlumatına görə, ötən axşam Avropa Liqasında təmsilçilərimiz "Qəbələ", "Neftçi" və "Kəpəz" ümumilikdə ölkəmizə 0.375 xal qazandırıblar. Bunlardan çoxu - 0.250-i Macarıstanda MTK-ya 2:1 hesabı ilə qalib gələn "Qəbələ"nin payına düşür. Qalan 0.125 xal Makedoniyanın "Şkendiya" klubu ilə evdə qolsuz bərabərliyə qalan "Neftçi"nin payına düşür.
"Kəpəz" isə Avstriyada "Admira"ya 0:1 hesabı iə uduzduğundan xalsız qalıb. Hərçənd, Gəncə təmsilçisi ilk təsnifat mərhələsində uduzmayan, hər 2 oyunda xal qazanan - elə 0.375-i hesabına yazan yeganə klubumuz olub.
UEFA-da reytinq xalımız artıq 15.000-dir. Əvvəlkitək 24-cü sırada olan Azərbaycan özündən 1 pillə qabaqda olan Şotlandiyadan (15.675) yenə 0.675 xal geri qalır. Çünki bu ölkənin Avropa Liqasında hər 2 təmsilçisi də ötən gün 0.375 xal qazanıblar.
Əvəzində ölkəmiz ən yaxın izləyicisi Kiprlə xal fərqini artırıb. Çünki bu ölkənin təmsilçiləri ilk matçlarda 0.250 xal qazanıblar. Kiprin hesabında 14.425 xal olduğundan, Azərbaycan onu artıq 0.575 xal qabaqlayır.