1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vançe Şikov: "Makedoniyada daha yaxşı oynamağa məcburuq"
"Şkendiya" ilə mübarizədə şanslar bərabərdir. Rəqibin heyəti bir neçə ildir bir yerdə oynayır. Makedoniya təmsilçisi heç də zəif olmayan Polşanın "Krakoviya" klubuna hər 2 oyunda mübarizədən kənarlaşıdrdı". Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "Neftçi"nin makedoniyalı müdafiəçisi Vançe Şikov Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə ilk oyundan sonra jurnalistlərə bildirib.
Avropa Liqasının II təsnifat mərhələsində həmyerlilərinə qarşı oynayan təcrübəli futbolçu evdəki daha müdafiədən oynamalarını belə izah edib: "Şkendiya"nın polşalılarla matçlarını izləmişdik. Rəqib əks-hücumlarda qol vurmağa üstünlük verən oyun üslubu seçmişdi. Buna görə müdafiədən oynadıq və rəqibi meydanın bizə aid olan hisəssində qarşılamağa çalışdıq. Nəticədə hesab belə oldu. Yəniz biz "Şkendiya"nın futbolunu oynamaqla onlara öz taktikaları ilə cavab vermək istədik".
Makedonların xüsusi ilk hissədə təşkil etdiyi sürətli hücumların qarşısını "Neftçi"nin mərkəz müdafiəçiləri ala bilmirdilər. Bu mövqedə çıxış edən Şikov səbəbi belə göstərib: "Heyətində sürətli futbolçular "Şkendiya" hücum etməyi, qol vurmağı bacaran komandadır. Bir toxunuşlu ötürmələrə üstünlük verirlər. İlk hissədə rəqibin zərbəsindən sonra qapı dirəyi bizi qoldan xilas etdi. Sonradan toparlanmağı bacardıq".
Legioner vətənində keçiriləcək səfər matçında nəticənin qazanmağın yolunu göstərib: "Rəqibə meydanda daha az vermək, mümkün qədər az səhv buraxmaq və taktiki cəhətədn düzgün oynamaq lazımdır. Bizi Makedoniyada burdakından çətin matç gözləyir. Bu üzdən daha yaxşı oynamağa məcburuq"