"Qəbələ"nin liberiyalı futbolçusu Teo Uiks Avropa Liqasında bombardilrlikdə liderliyini əldən verib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi turnirin II təsnifat mərhələsində Macasrıstanın MTK klubuna səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurmaması ilə yadda qalıb.
Bunadək Uikslə şərikli lider olan makedoniyalı hücumçu İvan Triçkovski isə yenə qol vurub. Bununla da hesabına 5-ci qolu yazan Kiprin AEK klubunun təcrübəli futbolçusu artıq vahid lider olub.
Uiksin 1 oyunda qol vura bilməməsi ən yaxın izləyicilərinin ona çatması ilə də nəticılənib. Bu, "Brondbü"nin yarımmüdafiəçisi Kamil Vlçeklə "Debretsen"in hücumçusu Tibor Tiszadır. İndi bu 3 futbolçu hərəyə 4 qolla 2-4-cü pillələri bölüşdürürlər. Uiks ona görə 4-cü sırada göstərilib ki, rəqibləri ondan fərqli hər 3 oyunda meydanı qolsuz tərk etməyiblər.
Qeyd edək ki, Çempionlar Liqasında təmsilçimiz olan "Qarabağ"ın braziliyalı yarımmüdafiəçi Riçard Almeyda da bombardirin ən yaxın izləyicisidir. Lüksemburqun "Dedelanj" klubuna Bakıda 2:0 hesabı ilə qlaib gəldiyimiz matçda dubl edən yarımmüdafiəçi lider Federiko Falkonedən geri qalır. Maltanın "Valletta" klubunun argentinalı hücumçusu hər 3 oyunda fərqlənib. "Qarabağ" isə turnirdə mübarizəyə II təsnifat mərhələsindən başlayıb və Almeyda cəmi 1 oyun keçirdiyinə görə orta məhsuldarlıqda öndədir.