1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la başlayan amansız çexlər: cəmi 1 heç-heçə, cəmi 1 qol - YENİLƏNDİ
"Qarabağ"ın Çempionlar Liqasında (ÇL) rəqibi olan "Viktoriya", Avropa Liqasında "Neftçi" ilə "Kəpəz"ə düşən "Mlada Boleslav"la "Slovan" Azərbaycan klubları ilə dəfə görüşəcəklər. Sportnet.az-ın məlumatına görə, klublarımız indiyədək 3 dəfə bu ölkənin təmsilçiləri ilə görüşüb.
Özü də ilk duel məhz "Qarabağ"la olub. Ağdam təmsilçisi 1998-ci ildə "Yablonets"lə ilk mərhələ oyunlarda 8 cavabsız qol buraxıb - səfərdə 0:5, evdə 0:3.
Bundan 3 il sonra "Şəmkir" ÇL-də II təsnifat mərhələsinə yüksəldiyi zamanı "Slaviya"ya rəqib olub. Praqa təmsilçisi də komandamızı hər 2 oyunda məğlub edib - səfərdə 1:0, evdə 1:4.
2006-cı ildə isə UEFA kubokunda ilk dəfə mərhələ keçəndən sonra "Slaviya"ya rəqib olduq. Bu dəfə "Karvan" evdə 0:2 hesabı ilə uduzub, səfərdə qolsuz bərabərlik edib.
Göründüyü kimi, klublarımız bizə qarşı amansız olan çexlərlə avrokubok duellərində nəinki mərhələ keçməyib, 6 oyundan yalnız 1-də heç-heçə edib, 5 dəfə uduzub. Həmin yeganə qolun müəllifi "Şəmkir"in milliləşdiirlən gürcü hücumçusu Badri Kravatsxeliya olub.
Azərbaycan - Çexiya qarşıdurmasında milli komandalar da olacaq. Çünki bu ölkələrin əsas yığmaları qarşıdakı 2018-ci il dünya çempionatının seçmə mərhələsində bir qrupa düşüblər. Oyunlar oktyabrda olacaq. Millimiz bu il həmin ayın 11-də Çexiyanın qonağı olacaq. Növbəti ilin oktyabrın 5-də isə çexləri biz qəbul edəcəyik. Bu, Azərbaycanla Çexiya millilərinin ilk rəsmi dueli olacaq. Bunadək yalnız 1 dəfə Birləşmiş Ərəb Əmirliklərində yoldaşlıq görüşü olub və millimiz çexlərə 2:0 hesabı ilə qalib gəlib.
Çexlərlə görüşlərimizdən söz düşəndə, bizim üçün xoşagəlməz bir xatirə də hakimlə bağlıdır. Çexiyalı FİFA referisi Miroslav Zelinka 2014-cü ilin dekabrın 5-də Avropa Liqasının son qrup matçında "Qarabağ" - "İnter" (İtaliya) oyununun baş hakimi olub. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın son saniyələrində brazilyalı futbolçumuz Rimard Almeydanın təmiz qolunu saymamaqla qərəzli idarəçiilik etdi. Nəticədə 1/8 finala "Qarabağ" yox, "Dnepr" çıxdı. Ukrayna klubu da həmin mövsüm finaladək irəllədi və həlledici matçda İspaniyanın "Sevilya" klubuna uduzdu - 2:3.
Xatırladaq ki, "Viktoriya" "Qarabağ"la ilk oyunda meydan sahibi olacaq. Avropa Liqası matçlarında isə klublarımız ilk olaraq çexləri qəbul edəcəklər.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib