1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransızlara səfərdə yeganə qolu "Qəbələ"nin sabiq futbolçusu vurub
"Qəbələ"nin Avropa Liqasında növbəti rəqibi olan "Lill" klubu ilk dəfə Azərbaycana gələcək. Sportnet.az-ın məlumatına görə, klublarımız Fransa təmsilçiləri ilə avrokuboklarda 3 dəfə üzləşib.
Bunların hər üçü "Qarabağ"la bağldır.
Ağdam təmsilçisi avrokuboklarda mərhələ keçən ilk təmsilçimiz kimi 1999-cu ildə İntertoto kubokunda "Monpelye" ilə qarşılaşıb. Böyükağa Ağayevin baş məşqçisi olduğu komanda hər 2 oyunda böyük hesabla uduzub - evdə 0:3, səfərdə 0:6. Bu, "Qarabağ"ın 1996-cı ildən çıxış etdiyi avrokuboklarda ən böyükhesablı məğlubiyətidir.
"Qarabağ"ın qrup mərhələsində debütü də fransızlarla görüşdə edib. Bu, 2014-cü ildə Avropa Liqasının qrupunda "Sent-Etyen"lə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən matç olub. Qurban Qurbanovun komandası səfərdə də heç-heçə edib - 1:1.
Ağdam klubu qrup mərhələsində ötən mövsüm də Fransa təmsilçisi ilə düşdü. Bu dəfə "Monako" ilə görüşən "Qarabağ" yenə Respublika stadionunda heç-heçə etdi - 1:1. Monakodakı matçda isə meyda sahibləri 1:0 hesabı ilə gəlib.
Fransızlara avrokuboklarda ilk qolumuzun müəllifi "Qəbələ"nin sabiq futbolçusu Vüqar Nadirovdur. Bu komandada rəsmi debüt edə bilməyən təcrübəli hücumçu "Qarabağ"a qayıdıb. Digər qolumuzun müəllif isə isveçli hücumçu Samuel Armenterosdur. O, bu yay "Qarabağ"dan gedib.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib