"Kəpəz"in Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Moldovann "Daçiya" klubunun sabiq prezidenti Adlan Şişxanov çətin vəziyyətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, Bakıdakı oyundan sonra prezident postundan istefa verərək menecer olan bu şəxs daha texniki zonada komandasına rəhbərlik edə bilməyəcək.
Buna səbəb Moldova Futbol Federasiyasının qəbul etdiyi yeni reqlamentdir. Buna əsasən komandanı texniki zonadan yalnız baş məşqçi, onun yoxlyunda köməkçisi və qapıçılarla işləyən məşqçi idarə edə bilər. Nəticədə Şişxanov ötən mövsümdən fərqli olaraq texniki zonadan komandasına idarə edə bilməyəcək.
Bundan əlavə, texniki zonada müxtəlif elektron vastilələr - planşet, mobil telefon, smartfon, rupordan istifadə etməyə də qadağa qoyulub. Bütün bu tələblərə əməl etməyənlər 12 min leya cərimə və 4 turdan 6 turadək cəza gözləyir.
Xatırladaq ki, Şixşanov "Kəpəz"lə hər 2 oyunda texniki zonada komandanı idarə edib.