Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "Kəpəz"in ev oyununda hakim-inspektor, "Qəbələ"nin iştirakı ilə baş tutacaq qarşılaşmada hakimlər briqadası Türkiyədən olacaq.
"Neftçi"nin səfər görüşü isə belçikalı hakimlər briqadasına tapşırılıb.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab görüşləri
20 iyul
20:00. "Kəpəz" (Azərbaycan) - "Admira Vakker" (Avstriya)
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Hakim-inspektor: Mehmet Murat İlgaz (Türkiyə)
UEFA nümayəndəsi: Sergey İlyiç (Belarus)
21 iyul
21:00. "Qəbələ" (Azərbaycan) - MTK (Budapeşt, Macarıstan)
Baş hakim: Mete Kalkavan (TUR)
Yan xətt hakimləri: Ceyun Sesigüzel, Esat Sancaktar
Dördüncü hakim: Serkan Çinar (hamısı Türkiyə)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Markku Lehtola (Finlandiya)
22:00. "Şkëndiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Karel De Rokker, Jo De Veyrdt
Dördüncü hakim: Frederik Geldhof (hamısı Belçika)
Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)