1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tadas Simaitis: "Rəqibin şansı yüksək qiymətləndirilir, lakin..."
"Hələ ilk oyunda bütün futbolçular yaxşı nəticə qazanmaq üçün meydanda gücünü qoydular. "Admira” oynadığı oyunla yaxşı komanda olduğunu göstərdi. Səfərdə qeydə alınan hesab oyuna görə oldu. Amma bu hesab bizdə ümid yaradıb". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in litvalı qapıçısı klubunun rəsmi saytına açıqlamasında bildirib.
O, Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira" klubu ilə bugünkü cavab matçında mərhələ keçmək şansını dəyərləndirib: "Düşünürəm ki, Bakıda qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərik. Cavab matçı ilk oyunun oxşarı olacaq. Müdafiədə etibarlı oynayıb qol buraxmamağa çalışmalıyıq. Eyni zamanda qol vurmaq üçün vaxtımızı gözləməliyik. Rəqibin mərhələ keçmək şansı yüksək qiymətləndirilir. Lakin vuracağımız qol oyunun taleyini dəyişdirə bilər”.