1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhman Hacıyev: "Rəhbərlik qərar versin"
"Həqiqətən də, adama pis təsir edir, çox ağır oyun keçdi. Rəqib çox yaxşı komanda idi. Bir səhvdən qol buraxdıq". Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Hacıyevin fikrincə, rəqibin hesabı açması həlledici olub: "Ondan sonra vəziyyət dəyişdi. İrəli atılmaq məcburiyyətində qaldıq, ardınca, qırmızı vərəqə alıb daha çətin vəziyyətə düşdük. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Öz oyunumdan razı qalmadım. Xəstə idim, təzə sağalmışam, bəlkə də onunla əlaqədardır".
Yarımmüdafiəçi "Rəhbərliyə jest olaraq bir aylıq maaşdan imtina edərdiniz?"sualını isə belə cavablandırıb: "Buna rəhbərliyin özü qərar versə, daha yaxşı olar. Baş məşqçimiz var, kapitanımız var, öz aramızda danışacağıq, nə səhvlərimiz var, nə etmək olar... Avrokubok mövsümünü bizim üçün uğursuz alındı. Bildiyiniz kimi, "Neftçi"də dəyişiklik çoxdur. İndi yerli oyunçulara üstünlük verilir. İnaniram ki, çempionatda yaxşı oyun nümayiş etdirəcəyik".