"Təəssüf ki, uduzduq, ilk hissədə qol buraxana qədər yaxşı ayanmışdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Krşevan Santini Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 
  
O bildirib ki,  ikinci hissədə yaxşı oynamalarına rəğmən, vacib olan qolu vura bilməyiblər: "Neftçi"nin növbəti mərhələyə adlamağa layiq olmadığı fikri ilə razı deyiləm. Qırmızı vərəqə almışdıq, üstəlik, qol vurmalı idik. Ona görə də rəqibin əks-hücumları təhlükəli alınırdı. Qol vursaydıq, super olardı, 2-cini buraxmağımız heç nəyi dəyişməyəcəkdi. Səfərdə bu cür komandaya qarşı oynamaq çətindir. Rəqibin hesabı açması hər şeyi həll etdi".









                 





    
    
    
    
    
    
    
    
    


























































