"Qəbələ"nin Avropa Liqasında növbəti oyununun başlama saatı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə matçını iyulun 28-də səfərdə keçirəcək "qırmızı-qaralar" yerli vaxtlat saat 19:00-da (Bakı vaxtilə saat 21:00-da) meydana çıxacaq.
Bir həftə sonra Bakıda "Bakcell Arena"da keçiriləcək cavab qarşılaşmasının da həmin saatda başlayacağı gözlənilir.








































































