19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Sportnet.az-ın məlumatına görə, Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki "Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq. 
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Ağayev həmin yarışda həm baş, həm də dördüncü hakim olub. 









                 





    
    
    
    
    
    
    
    
    


























































