"Qəbələ"nin Avropa Liqasında növbəti rəqibi olan Fransanın "Lill" klubu yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Frederik Antonettinin yetirmələri Belçikanın "Beveren" klubuna 1:0 hesabı ilə qalib gəlib. Qələbə topunu müəllifi 29-cu dəqiqədə fərqlənən yarımmüdafiəçi Erik Boatek olub.
Bununla da "Lill" 12 günlük hazırlıq prosesini başa vurub. Bu müddətdə 4 sınaq matçı keçirən fransızlar 2-də 1:0 hesabı ilə qalib, 2-sə qolsuz bərabərliyə qalıb. "Lill" yeni mövsümdə ilk rəsmi matçını iyulun 28-də evdə "Qəbələ"yə qarşı keçirəcək. 









                 




    
    
    
    
    
    
    
    
    
























































