Səbəb kimi Saransk təmsilçisinin agent Vitali Deqtyarevə müqavilə üzrə borcu ödəməməsi göstərilib. Qərarın qüvvəyə mindiyi gündən etibarən 14 təqvim günü ərzində borc ödənilməlidir. Üstəlik, klub iyulun 24-dən avqustun 6-dək yeni futbolçuları qeydiyyata ala bilməz. Bu isə o deməkdir ki, baş məşqçi Yuri Syomin ötən mövsüm "Qəbələ"də öz rəhbərliyi altında oynamış İbrahima Niasse və Lorenso Ebesilionu RFİ-də sənədləşdirmək üçün agentə borcun ödənilməsini gözləməlidir.
Qeyd edək ki, "Mordoviya" yeni transferlərini iyulun 29-da təqdim edəcək.