1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gürcü mütəxəssis "Qəbələ"nin "Lill"i keçmək şansını dəyərləndirdi
"Qəbələ"nin Avropa Liqasında oyununu bizimlə qarşılaşmadan sonra da izləmişəm. Komandanız MTK-yə qarşı yaxşı oynadı. "Qəbələ"nin mərhələ keçəcəyini cavab matçınadək düşünürdüm. Macarlar üzərində layiqli qələbə qazandınız". Bu fikirləri Sportnet.az-a açıqlamasında Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Georgi Tsetsadze deyib. Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə üzləşən gürcülər səfərdə 1:5 hesabı ilə uduzub, evdə 2:1 hesabı ilə qalib gəlib.
İki oyunun nəticəsinə görə komandamızla dueldən məğlub ayrılan Tsetsadze "Qəbələ"yə III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə çətin oyunlarda da uğurlar arzulayıb. Gürcü mütəxəssis Roman Qriqorçukun komandasının mərhələ keçmək şansını belə dəyərləndirib: "Əlbəttə, çətin olacaq. Ancaq bu gün futbolda oyunu düzgün qursan və futbolçular verilən tapşırıqları meydanda düzgün yerinə yetirsələr, hər şey mümkündür. "Lill" çox yaxşı komandadır, ancaq "Qəbələ" də zəif deyil. Bu, həm komandanın baş məşqçisinə, həm də futbolçularına aiddir. "Qəbələ"nin heyətində güclü futbolçular yer alıb. Onlardan 3-4-ü öz komandamda görmək istərdim. Ancaq indi bunu konkretləşdirməyəcəyəm".