Monako hökuməti təhlükəsizlik tədbirləri çərçivəsində "Monako ilə Fransadakı cavab oyununa "Fənərbağça” azarkeşlərinin alınmayacağını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində avqustun 3-də keçiriləcək matçda istanbullu fanatlar iştirak etməyəcək.
Belə ki, 1-3 avqust aralalığında matçın keçiriləcəyi şəhərə türkiyəli azarkeşlər buraxılmayacaq.
Qadağanın Fransada yaşanmış terror hadisələri və "Fənərbağça” azarkeşlərinin keçmişdə avrokubok oyunlarında səbəb olduğu insidentlərdən qaynaqlandığı vurğulanıb.
Monako hökumətinin bu qərarı "sarı-lacivərdli" azarkeşlərin etirazına səbəb olub. Sosial mediyada qərarı müzakirə edən azarkeşlər "Monako”nun da Türkiyəyə azarkeşsiz gəlməsini tələb ediblər. Qərarın ləğvi ilə bağlı UEFA-ya etiraz edilməsi gözlənilir.
Xatırladaq ki, lk oyun iyulun 27-də İstanbulda keçiriləcək.