Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib. Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa ilə İtaliya yığmaları üz-üzə gəlib.
Zinshaym şəhərindəki "Rhein-Neckar-Arena”da keçirilmiş qarşılaşma Fransa millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qolları Jan-Kevin Oqusten (dəq. 6), Lüdovik Bla (dəq. 19), Luka Tusar (dəq. 82) və İssa Diop (dəq. 90+2) vurub. Ağayev oyun ərzində qalib komandadan 2, məğlublardan isə 5 futbolçuya sarı vərəqə göstərib.
Oyundan sonra təşkil olunan mükafatlandırma mərasimində azərbaycanlı referiyə və onun briqadasına medal təqdim olunub.