Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalanıb.
Sportnet.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə sözləşmənin müddətini 2030-cu il dünya çempionatının sonuna qədər uzadıb.
Karyerası ərzində “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Real Madrid” və “Bavariya” kimi klublarda çalışan Ançelotti 2025-ci ilin mayında Braziliya millisinin baş məşqçisi olub.
Onun rəhbərliyi altında 10 oyun keçirən Braziliya millisi 5 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub. Komanda bu görüşlərdə 18 qol vurub, 8 top buraxıb.
Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatının C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.












































































