1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
I divizionda start vaxtı və bank təminatının məbləği açıqlandı
Azərbaycan çempionatının I divizionunda yeni mövsümün başlanma vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev aşağı dəstədə mübarizəyə sentyabrın 15-də start veriləcəyini jurnalistlərə açıqlayıb.
O bildirib ki, hələlik çempionat iştirakçılarının sayı tam müəyyənləşməyib: "Yeni mövsümdə 12 komandanın iştirakı nəzərdə tutulub. Lakin siyahı hələ məlum deyil. I divionda oynamaq istəyən klub 200-250 minlik bank təminatı göstərməlidir. Əgər bir komanda Premyer Liqada mübarizə aparmaq istəyirsə, lisenziya almalıdır. Dəfələrlə "Neftçala" klubu ilə danışıqlar apardım ki, lisenziyalarını alsınlar, amma almadılar. Bu il maraqlı bir mövsüm olacaq. Hər bir klubumuz ölkənin ən güclüləridir".