1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əvvəl Qurbanov, sonra Pivarnik
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya" (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sportnet.az-ın məlumatına görə, avqustun 1-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Çempionumuzun son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Viktoriya"nın baş məşqçisi Roman Pivarnik isə həmin gün saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" tərəfindən ayrılmış avtobus saat 19:00-da media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.