1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Göteborq" İsveç futbolu oynamır" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Sportnet.az-a müsahibəsi
- "İnter"lə oyunda da eyni şərait, eyni isti hava, eyni meydança olsa da, məğlub oldunuz, bu dəfə isə qalib gəldiniz. Nədə fərq oldu?
- Əlsində, "İnter"ə qarşı da pis oynamamışdıq, oyuna nəzarət edirdik. Ancaq ikinci hissədə komandanın gücü tükəndi, yorulmağa başladı. Bu da məlum məsələ idi. Çünki 4-5 gün əvvəl oyun keçmişdi və komanda həm psixoloji gərgin, həm də fiziki cəhətdən çox yorğun idi. Bu, ikinci hissədə özünü göstərdi, məğlub olduq. Nə qədər irəli atısaq da, istədiyimiz futbolu oynaya bilmədik. Ancaq bu gün fərqli idi. Komanda həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazır idi. Bilirdik ki, bizi gərgin oyun gözləyəcək. "Sumqayıt" evdə də qələbə qazanmaq, burda da məğlub olmamaq üçün əlindən gələni edəcəkdi. Bu gün bizim üçün qələbə həddən artıq önəmli idi.
- Belə demək olar ki, "Qarabağ" üçün çempionat bu gün başladı?
- Neçə illərdir ilk turda problem yaşayırıq, çempionata demək olar pis başlayırıq. Ola bilsin ki, bu, mövsümə tez başlamağımızla bağlıdır. 3-4 gündən bir gərgin qrafikdə oynamalı oluruq. Həm də atmosferdə çətinlik olur. Dolu tribunalarda gərgin oyunlardan birdən-birə bu cür oyunlara keçirsən. Həm də süni örtük amili var. Ancaq bunlar heç biri bəhanə deyil. Həmin gün "İnter" çox yaxşı oynadı, əks-hücumda əla oynayırlar. Qələbə layiq idilər.
- Avrokubok iştirakçılarımız oyunları çempionatla üst-üstə düşməsin deyə matçlarının təxirə salınması praktikası çox olub. Bir kapitan kimi bu haqda fikirlərin maraqlıdır...
- Bizdə keçən il heç bir oyunumuz təxirə salınmadı. Ondan əvvəl yalnız "Araz Naxçıvan"la səfər matçımız təxirə salınmışdı. Bu, "Tvente" ilə Hollandiyadakı oyun öncəsi idi. Qrupda da bir oyunumuz təxirə salındı. Ancaq keçən il yox. Geniş heyətimiz var.
- Yəni təxirə salmağa razı olmayacaqsınız?
- Düşünürəm ki, bu il də təxirəsalma olmayacaq. Təki qrupa düşək, oynamağa güc tapacağıq.
- Bu gün "Sumqayıt"la oyunu "Göteborq"un məşqçisi izlədi. Avropa Liqaısnın pley-off mərhələsinin püşkü üzünüzə güldü? Daha çətin rəqib gözləyirdiniz?
- Daha çətin də rəqib düşə bilərdi, daha asan da. Həmin səbətdə orta rəqiblərdən biri düşdü. Rəqibimizin oyununa baxdım. İsveç futbolunun Skandinaviya futbolu olduğuna öyrəşmişik. Ancaq "Göteborq"da tam tərsinədir, elə futbol oynamır. Kombinasiya oyun göstərirlər. İki texnikalı, baxımlı oyun nümayiş etdirən komandanın görüşü olacaq. Kim də digərini üstələsə, qalib gələcək.
- "Qarabağ"ı son illərdə çıxışına görə bu cütdə favorit saymaq olarmı?
- Fikirləşirəm ki, şanslar bərabərdir. Bu, pley-off oyunudur, güclü rəqiblə qarşılacağıq. "Höteborq" İsveç kimi güclü çempionatda ötən il 2-ci yeri tutub. İddialıdırlar və ona görə şansları bərabər hesab edirəm.
- Səfərdə hansı hesab sizi qana edəcək və bu dəfə 0:0 dan qaçacaqsınız?
- "Viktoriya" ilə Çerxiyadakı oyunda 0:0 hesabı bizim üçün pis nəticə deyildi. İkinci matç da bunu göstərirdi. Hesabda 1:0 irəlidə idik, çoxsaylı qol imkanlarınız var. Plzen klubu ilə cavab oyunu heç bir göstərici deyil. Səfərdə ən əsas məğlub olmamaqdır.
- Həmin matçda baş məşqçiniz Qurban Qurbanov əvəzləmərə görə çox tənqid olundu. Bir kapitan kimi sən bu dəyişiklərlə bağlı nə düşünürsən?
- Futbolu dərindən bilən insanlar bəzi şeyləri başa düşməlidirlər. Tənqidləri normal qarşılayırıq. Təbii ki, həmişə tərif olmayacaq. Tənqid də olmalıdır, hərənin öz işi var. Mətbuat da öz işini görür. Müdafiə olmasın, ancaq biz 5 müdafiəçiyə dəfələrlə keçmişik. Xüsusilə də vacib, Avroliqa matçlarında. Bu, effektini verib. Ola bilsin ki, bu dəfə son dəqiqələrdə verməsin, əksi alınsın. "Viktoriya"nı çox təhlil etmişdik. Bilirdik ki, hücumları daha çox cinahlardan qururlar. Cinahlarda hücumları yaxşı qursaq da, müdafiə olunmaq baxımından uduzmağa başlamışdıq. Buna görə cinahlarda həmin 2 dəyişiklik oldu. Rəqib 2 hücumçuya keçdi, meydana hündürboy hücumçu çıxdı. Biz də ona görə 5 müdafiəçiyə keçdik. Nəticə olmadığıdan hər şey tərsinə görünür. Ancaq biz 5 müdafiəçidən çox istifadə etmişik və müsbət nəticələrini də görmüşük.
- "Qarabağ"ın U-19 komadasına baş məşqçi təyin olunmusan. Bu, o deməkdir ki, cari mövsüm futbolçu karyeranda sondur?
- Hələ son barədə fikirləşmirəm. Mütəmadi U-19-un məşqlərinə gedirəm.
- Vaxt baxımından problem yaratmır?
- Yox. Məşqləri axşam vaxtına təyin edirik. Mən də iştirak edirəm. 4-5 yoxlama matçı keçirmişik. Həvəslə işləyirəm. Məşqçilikdə B kursunu bitirdim, A kursuna qatılmaq istəyirəm. İşləməyimin də əsas səbəbi budur, savadımı artırmaq istəyirəm. Vaxt da var. Qurban müəllim özü mənə bunu məsləhət gördü. Mən də "yox" deyə bilmədim. Özümə də maraqlı gəlir, peşman deyiləm.