1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "İnter"in qələbəsinə isti hava mane oldu" - MÜSAHİBƏ
"İnter"in və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə qolsuz bərabərliklə nəticələnən oyunu necə dəyərləndirərdin?
- Belə isti havada oynamaq həddən artıq çətin idi. Oyundan 1 gün əvvəl məşqdə də komanda yoldaşlarımla bu haqda danışdıq. Ancaq bu, futboldur, isti hava hər iki komanda üçün eyni idi. Bilirik ki, "Qəbələ" hazırda çox yaxşı formadadır. Avropa Liqasının pley-offunda çıxış edir. Ona görə də bizi çətin bir oyun gözləyirdi. Əsas olan məğlub olmamaq idi. Düzdür, hava şəraiti bir az normal olsaydı, qələbə qazana da bilərdik. İnanıram ki, komandamız oyundan-oyuna daha yaxşı olacaq. Qələbə qazana biləcəyik.
- Rəqibin qola çevirə bilmədiyi penalti epizodunu necə şərh edərdin?
- Qayda pozuntusu olan epizodu görmədim. Komanda yoldaşlarım dedi ki, top yerdə İlkin Qırtımovun əlinə dəyib. Amma bu hakimin qərarıdır. Onu dəyişməyin heçş bir mənası yox idi. Sağ olsun Səlahət Ağayev, penalti zərbəsini dəf etdi.
- Səncə, hesab oyuna görə oldu?
- Məncə, nəticə normaldır.
- "İnter"in qələbəsinə nə mane oldu?
- Havanın isti olması. Çox isti idi.
- "İnter"də dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirsən. Bu ampluada oyununa necə qiymət verərdin?
- Əvvəllər də bu mövqedə çox oynamışam. Sözsüz ki, bu gün isti hava hər bir futbolçunun oyununa təsirini göstərdi. İnanıram ki, oyundan-oyuna hər şey mənim üçün daha yaxşı olacaq və əvvəlki uğurlu çıxışıma qayıtmağa çalışacağam.
- Milli komandamız qarşıdakı seçmə mərhələyə San-Marino yığmaıs ilə oyunla başlayacaq. Bu rəqib haqda nə düşünürsən?
- İndiki futbolda asan rəqibin olmadığını görürük. San-Marinio futbolçularının Azərbaycanla oyunda qələbə qazanmaq istədiklərini mətbuatda oxumuşam.
- Bu yığma FİFA reytinqində sonuncudur...
- İndi artıq reytinqə baxmaq lazım deyil. Son dəqiqəyədək kim daha istəkli, aqressiv oynayır, həmin milli komanda da qələbə qazanacaq. San-Marino ilə matç da belə oyunlardan biri olacaq.