
Portuqaliya çempionatında ilk turun oyunları davam edir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq" mövsümə qələbə ilə başlayıb. Lissabon təmsilçisi evdə "Maritimo"nu 2:0 hesabı ilə məğlub edib.
Matçda hesabı 22-ci dəqiqədə Sebastyan Koates açıb. 67-ci dəqiqədə Brayan Ruiz 2-ci qolun müəlllifi olub. "Sportinq"in baş məşqçisi Jorje Jezus bu oyunda yarımmüdafiəçimizin adını matçın protokoluna daxil etməyib.
Xatırladaq ki, digər futbolçumuz Emin Mahmudovun yeni keçdiyi "Boavişta" ilk turda oyununu bu gün - Bkı vaxtilə saat 21:00-da evdə "Aruka" ilə keçirəcək.