"Komandamızı qarşıda çox vacib iki matç gözləyir. Qrupa düşəcəyimiz halda, orda da uğurlu çıxış edəcəyimizə inanıram". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan İsveçin "Göteborq" klubunun prezidenti Frank Andersson klubun rəsmi saytına açıqlamasında bildirib. Onun fikrincə, komandasının Azərbaycan çempionunu keçməsi mümkündür. Bunun üçünsə futbolçular meydanda sonadək mübarizə aparmalıdır: "Onların üzərinə düşən vəzifə qarşıdakı sınağa məsuliyyətlə hazırlaşmaqdır. Avrokuboklarda mövqeyimizə əsasən gələcəyə ümidlə baxa bilərik. Klubun çox yaxşı maddi dəstəyi var. Rəqibi keçərək rrupa çıxsaq, əlbəttə ki, özümü xoşbəst hiss edirəm".
Andersson azarkeşlərdə də müraciət edib: "Ümid edirəm ki, onlar avqustun 18-də doğma stadionumuzda keçirilən matçda komandanı tək qoymayacaqlar. Bir həftə səfərdə keçirləcək cavab matçına yüksək əhval-ruhiyyədə yollanmaq üçün azarkeşlərimizə ehtiyacımız var".