Avqustun 23-də futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi təşkil olunacaq. Sportnet.az-ın məlumatına görə, püşkatmada 14 komanda iştirak edəcək.
Çempionatda "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Mil Muğan", "Bakılı", "Şahdağ", "Şərurspor", "Göyəzən", "Energetik", "Səbayıl" klubları iştirak edəcək.
AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 13:00-da başlayacaq.









                 





    
    
    
    
    
    
    
    
    





















































