1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" ardıcıl 2-ci il qrupda! - YENİLƏNDİ
"Qəbələ" klubu tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun baş məşqçi olduğu komanda bu dəfə "pley-off" mərhələsində Sloveniya "Maribor"unu mübarizədən kənarlaşdırıb.
Bakıda 3:1 hesabı ilə qalib gəldikləri görüşün revanşında "qırmızı-qaralar" minimal hesabla yeniliblər - 0:1. Yeganə topu ilk görüşdə olduğu kimi, yenə kapitan Markos Tavares vurub. O, 66-cı dəqiqədə uzaq məsafədən qapını dəqiq nişan alıb.
3 dəqiqə sonra "Qəbələ"nin futbolçusu Teo Uiks kobud oyunu səbəbindən birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Azlıqda qalmasına baxmayaraq, Azərbaycan təmsilçisi hesabı qoruyub və top fərqinin daha üstün olması səbəbindən mərhələ adlayıb.
Beləliklə, 2016-2017 mövsümündə də Azərbaycanı Avropa Liqasının qrup mərhələsində 2 klub təmsil edəcək. Daha öncə "Qarabağ" İsveç "Göteborq"unu mübarizədən kənarlaşdırıb - 0:1, 3:0.
Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.
Avropa Liqası, "pley-off" mərhələsi, cavab oyunu
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) - 1:0
Qol: Markos Tavares, 66
Qırmızı vərəqə: Teo Uiks, 69 (birbaşa)
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Hakim-inspektor: İqor İsçenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonett (Malta)
Maribor. "Lyusdki Vrt" srtadionu
İlk oyun - 1:3