Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim heyətlə bağlı gözlənilməz islahatlar edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis kapitan Arda Turanı millidən kənarda qoyub.
Terim Rusiya və Xorvatiya yığmaları ilə qarşıdakı oyunlara açıqladığı heyətdə "Barselona"nın yarımmüdafiəçisinə yer verməyib. O, Turanla ynaşı, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta, Gökhan Gönül, Caner Erkin kimi aparıcı futbolçulara dəvət göndərməyib.