İngiltərənin "Mançester Siti" klubu ilə yollarını ayıran Manuel Pelleqrinin yeni ünvanı məlum olub. Sportnet.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis işinə Lində davam edəcək.
O, "Hebey Çayna Fortun" komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, "Hebey Çayna Fortun" XXIII turdan sonra Çin Super Liqasının 5-ci pilləsində qərarlaşıb.