1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin rəqibindən yeni transfer
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Belçikanın "Anderlext" klubu yeni futbolçu transfer edib. Sportnet.az-ın məlumatına görə, Rumıniyanın "Styaua" klubunun prezidenti Cici Bekali futbolçu Nikolay Stankunun Belçika təmsilçisinə keçdiyini açıqlayıb.
Klub prezidenti keçid üçün qarşı tərəfin 3.8 milyon avro ödədiyini bildirib. Stanku qarşıdakı iki mövsüm ərzində ən azı 50% oyuna çıxacağı təqdirdə "Anderlext" daha 2 milyon avro ödəyəcək. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Stanku ilə yanaşı "Anderlext" daha bir futbolçu keçidini reallaşdırmağa yaxındır. Klub Rusiya "Zenit"ində çıxış edən Nikolas Lombertslə güclənmək istəyir. Artıq 31 yaşlı müdafiəçinin transferi tərəflər bu gün bir araya gələcək. Yekun razılıq əldə olunarsa, tezliklə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının C qrupunda "Anderlext", "Sent-Etyen" (Fransa) və "Maynts"la (Almaniya) mübarizə aparacaq.