Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San-Marino yığması ilə oyunun hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkiin rəhbərlik etdiyi komanda "Dalğa Arena"da axşam məşqinə çıxıb. Məşq prosesini AFFA prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri izləyiblər.
Yığmanın futbolçusu Əfran İsmayılov komandadan ayrı məşq edib.
Qeyd edək ki, yığma milli komandaların Mərdəkanda yerləşən təlim-məşq bazasında hazırlaşır.