1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tribunada tanış olan cütlük stadionda toy etdi
Türkiyədə "Beşiktaş"la "Kasımpaşa" komandaları arasında 3 il əvvəl keçirilmiş futbol matçı zamanı tanış olan cütlüyün İstanbuldakı "Vodafone Arena"da toy mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı zinət əşyaları dizayneri Penok Aris Gelgeç banklardan birində korporativ müştəri təmsilçisi kimi tanışan Hande Baranla ailə qurub.
Beşiktaş Bələdiyyəsində kəsilən nikahın ardından onlar eyniadlı kluba məxsus stadionda toy ediblər. Mərasimə 150 nəfər dəvət edilib. Toy vaxtı tribunalarda, meydançada və ehtiyat oyunçular skamyalarında əl-ələ dolaşan cütlük Ritimart orkestrinin müşayiəti ilə rəqs ediblər. Toy 3 saat sürüb.
Qeyd edək ki, gənc ailə mərasimdən sonra bal ayı üçün Bodrumdakı evlərinə yollanıb. Bununla belə, cütlük "Beşiktaş"ın bütün oyunlarını canlı izləyəcəklərini bildirib.