Ukrayna milli komandasında yeni baş məşqçisi vəzifəsinə Andrea Maldera təyin olunub.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin namizədliyinin Milli komandalar komitəsinin təqdimatı əsasında İcraiyyə Komitəsi təsdiqləyib.
Maldera ilə imzalanan müqavilə iki il müddətinə nəzərdə tutulub. Sazişdə əlavə uzatma opsiyası da yer alıb.
Bununla da Ukrayna millisinin tarixində ilk dəfə komandaya əvvəllər yığmada köməkçi məşqçi kimi çalışmış əcnəbi mütəxəssis rəhbərlik edəcək.
Qeyd edək ki, Andrea Maldera 2016 – 2021-ci illərdə Andrey Şevçenko dönəmində Ukrayna millisinin məşqçilər korpusunda yer alıb. Yığma yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunlarını mayın 31-də Polşa, iyunun 7-də Danimarkaya qarşı keçirəcək.







































































