Bu gün UEFA Konfrans Liqasının finalçıları bəlli olacaq.
Sportnet.az xəbər verir ki, İngiltərə təmsilçisi "Kristal Pelas" türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi Ukraynanın "Şaxtyor" komandasını qonaq edəcək. İngilislər ilk görüşdə səfərdə Donetsk təmsilçisini 3:1 hesabı ilə məğlub edib.
Digər qarşılaşma isə Fransada keçiriləcək. Yerli "Strasburq" klubu İspaniyanın "Rayo Valyekano" kollektivi ilə üz-üzə gələcək. Komandaların ilk dueli La Liqa təmsilçisinin səfərdə minimal hesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
7 may (cümə axşamı)
23:00. "Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna)
Baş hakim: Alexandro Hernandez
London, "Selhurst park"
İlk oyun - 3:1
23:00. "Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya)
Baş hakim: İvan Kruzliak
Strasburq, "Stade de la Meinau"
İlk oyun - 0:1
Qeyd edək ki, final matçı Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçiriləcək. Qarşılaşma mayın 27-si Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.















































































