
"Qəbələ"nin Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı yenə UEFA Avropa Liqasının rəsmi Facebook və Twitter səhifələrinin diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandasının Azərbaycan Premyer Liqasındakı rekord göstəricisi ilə bağlı bunlar yazılıb: "Bilirdinizmi? "Qəbələ" UEFA Avropa Liqasında (UAL-da) iştirak edən rəqibi "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi. Komanda Azərbaycan Premyer Liqasında məğlubedilməzdir: 7 oyun, vurulan 19 qola qarşılıq buraxılan 0 qol".
Xatırladaq ki, "Qəbələ" 19 xalla ilk dövrənin qalibi olub.