
"Burada özümü pis hiss etmirəm. Heç vaxt "Slovan"dan getmək istədiyimi deməmişəm".
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi Çexiya "Slovan"ının baş məşqçisi İndrjix Trpişovski komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, "Slovan"da yoluna davam edəcəyini söyləyib: "Sadəcə "Sparta"nın təklifinin cəlbedici olduğunu söyləmişəm. Rəhbərliklə bu barədə görüşümüz olub və mövsüm başa çatmamış getməyəcəyəm. Hazırda paralel olaraq 3 turnirdə iştirak edirik. Bu gün yalnız öz komandama və növbəti rəqiblərlə oyunlara köklənmişik. Düşünürəm ki, bu məsələni daha böyütməyə ehtiyac yoxdur".
Qeyd edək ki, Avropa Liqasının J qrupunda "Qarabağ" və "Slovan"dan əlavə, İtaliyanın "Fiorentina" və Yunanıstanın PAOK klubları da mübarizə aparır.