Şotlandiyanın "Mozervell" klubu azarkeşlər tərəfindən alınıb.
Sportnet.az-ın məlumatına görə, klubun Well Society fanat birliyi onun yeni sahibi olub. Özü də səhmlərin 76 faizi əvvəlki sahib Les Xatçinsondan cəmi 1 funt sterlinqə alınıb. Hatçinson isə borcda olan klubu həmin məbləğdə əvvəlki sahibi Con Boyldan alıb.
Anlaşmanın əsas maddələrindən biri odur ki, klub ilk 3 ildə kreditləri futbolçularının transferlərinə görə faizlər hesabına bağlayacaq. Bunda əsas məqsəd maliyyə sabitiliyinin müdafiəsidir. 3 il sonra borclar qeydə alınan qrafik üzrə ödəniləcək.
Qeyd edək ki, 1931/1932 mövsümündə ölkə çempionu olan "Mozervell" hazırda çempionatda sondan əvvəlki pillədə gedir. O, Şotlandiya futbolunun tarixində azarkeşlər tərəfindən alınan ilk klub olub.