Avropada qış vaxtına keçidlə əlaqədar avrokuboklarda oyunların başlanma saatındə dəyişiklik olacaq. Sportnet.az-ın məlumatına görə, saatların əqrəblərinin 1 saat geyə çəkilməsi ilə Çempionlar Liqası (ÇL) və Avropa Liqası matçları 1 saat gec başlayacaq.
ÇL-də qrup oyunları son 6 ayda olduğu kimi, saat 22:45-də yox, 23:45-də başlayacaq. Avroliqadakı isə bunadək saat 21:00 və 23:05-də start götürən qrup qarşılaşmaları bundan sonra müvafiq olaraq saat 22:00 və 00:05-də olacaq.
Bu dəyişiklik artıq gələn həftədən 2017-ci ilin martın son bazar gününə davam edəcək. Məhz həmin vaxt yay vaxtına keçid olacaq.
Xatırladaq ki, Azərbaycanda bu ilədək saat əqrəbləri martın və oktyabrın son bazar günlərindən çəkilməklə standart vaxt zonasına keçilirdi. Ancaq bu, Nazirlər Kabitənin 2016-cı ilin bu ilin martın 17-də qəbul etdiyi qərarla ləğv olundu. Nəticədə yay vaxtına keçid baş vermədi. Ona görə bu gün saatların 1 saat geri çəkilməsinə ehtiyac olmayıb.
Qeyd edək ki, "Qəbələ"nin qrupda Fransanın "Sent-Etyen" klubu ilə noyabrın 3-də Bakıdakı matçı saat 22:00-də başlayacaq. Həmin gün PAOK - "Qarabağ" oyunu isə Bakı vaxtilə saat 00:05-də start götürəcək.